Magistr/bakalavr tezisi yazanlara tövsiyələr

Əksər universitetlərdən məzun olmaq üçün əsas şərtlərdən biri də tezis yazıb müdafiə etməkdir. Əvvəllər akademik mühit təcrübəsi olmayanlar bu prosesdə özlərini itirirlər, hardan başlamağı, nə etmək lazım olduğunu bilmirlər. Bu təbii haldır, çünki keyfiyyətli akademik iş ortaya qoymaq çoxlu axtarış və zəhmət tələb edir. Bu mənada çalışacağam özüm üzləşdiyim çətinliklərdən çıxardığım dərsləri sizinlə bölüşüm.

1. Birinci iş sizi maraqlandıran mövzunu/mövzuları müəyyən etməkdir. Xüsusilə magistratura tezisləri kifayət qədər dar mövzuda olmalıdır. Geniş mövzudan başlayın və scope-u daralda-daralda gedin. Məsəl üçün, “sənaye mühəndisliyi”. Bu mövzu haqqında ensiklopediyalar yazmaq olar, çox genişdir. Mənə sənaye mühəndisliyində maraqlı olan bölmə “Əməliyyatların Tədqiqi”dir. Okey, bu daha dar mövzudur, amma bu mövzuda qalaq-qalaq kitablar var kitabxanalarda. Bir az da dərinliyə enmək lazımdır. Mənə Əməliyyatların Tədqiqi dərsində ən xoş gələn “Xətti Proqramlaşdırma alqoritmləri”dir. Bəzi bakalvrlar üçün bu qəbul olunan mövzu ola bilər, amma magistrlər üçün hələ də genişdir. Bir az da daraldıram: “Xətti Proqramlaşdırma alqoritmlərinin istehsalatda tətbiqi”. Scope-u ölkə və ya sənayeyə görə daraltmaq olar. “Xətti Proqramlaşdırma alqoritmlərinin maşınqayırma firmalarının istehsalatında tətbiqi”. Bu artıq kifayət qədər yaxşı və magistra uyğun səslənir.
2. Bəzi tələbələr ümumiyyətlə hansı mövzuya maraq duyduqları mövzusunda tərəddüd yaşayırlar. Bunun üçün məsləhət: sahəniz üzrə akademik jurnallara göz gəzdirin. Unilərin database-lərə girişi olur EBSCO HOST kimi. Mövzu fikirləri üçün məqalələrin sonluqlarını oxuyun. Yaxşı akademik məqalələr yazanlar sonda gələcək araşdırma ehtiyaclarını yazırlar. Məsələn yazırlar ki, biz bu mövzunu araşdırdıq, yeyinti sənayesinə tətbiq etdik, amma maraqlı olar ki, bu kimya istehsalına da tətbiq edilsin. Əgər sizə maraqlı gəlirsə, həmin mövzunu seçə bilərsiniz. Why not?!
3. Əlinizdə 4-5 alternativ mövzu ilə professorunuza yaxınlaşın və onun da fikrini öyrənin.
4. Professor uyğun deyilsə xahiş edib dəyişdirin. Məndə olub belə. Supervayzerim dedi ki, sənin maraq duyduğun mövzular mənim ekspert olduğum şeylər deyil. Sən yaxınlaş Petriyə. Onunla işimiz uğurlu da alındı.
5. Tezisin strukturu şablon kimi çox unilərdə tələbələrə verilir. Amma ümuni qayda IMRAD-dır. Introduction – Methodology – Results – and – Discussion.
6. Əgər unidə varsa, “Academic Writing” tipli dərslər alın. Çox triklər öyrədirlər tələbələrə. Cümlələri məntiqli qurma, söz seçimi, izah etmə forması, sinonimlərdən istifadə və s.
7. Tezislər üçün ən vacib məsələlərdən biri də data (məlumat) toplamaqdır. Məlumatları dörd mənbədən əldə etmək olar:
– Özün intervyular, sorğular keçirməklə
– Şirkətlərdən real data almaqla
– İctimaiyyətə açıq statistikalardan istifadə etməklə (inflyasiya, məzənnələr, idxal-ixrac məlumatları və s.)
– Özündən random data qurmaqla (yəni bir növü nəzəri data ilə)

Əgər iqtisadiyyat oxuyursunuzsa güman ki dövlətlərin çap etdikləri statistikalar işə yaraya bilər. Əgər marketinq kimi mövzulardan yazacaqsınızsa özünüz sorğular keçirə bilərsiniz. Ən idealı isə real bir şirkət tapıb onların datasından istifadə etməkdir. Özünüz şirkətlərə mail yazıb soruşa bilərsiniz. Daha da yaxşısı professorun çevrəsindən istifadə etməkdir, çünki onların tanıdığı n qədər iş adamları olur. Ən son variant kimi də ki özündən random data qurub, ondan istifadə etmək olar. Amma bu arzuolunan deyil, hər şeydən əlac üzüləndə istifadə etmək olar.
8. Nəzərə alın ki, proses ərzində tezisin mövzusu dəyişə bilər. Məsələn mən bir mövzu ilə başladım, sonda submit edəndə tamam başqa bir mövzuda idi tezisim.
9. Çalışıb gözəl iş ortaya qoyun, sonra akademik jurnallarda çap etdirin. Bu mövzuda professorunuzla danışın, sizi yönləndirsin.

Nümunə kimi öz tezisimi paylaşıram, aşağıdakı linkdən endirə bilərsiniz. Başqa suallarınız varsa, aşağıda yazın cavablandıraq. Həmişəki kimi, faydalı bilsəniz, ətrafınızdakılarla da paylaşın.

 

Tezisi endirmək üçün link: https://osuva.uwasa.fi/bitstream/handle/10024/3872/osuva_6540.pdf?sequence=1&isAllowed=y

Leave a Comment