Biznesdə yazı və nitq barədə tövsiyələr
Biznes və iş mühitində kommunikasiya bacarıqları vacib rol oynayır; gördüyümüz işləri və verdiyimiz təklifləri effektiv formada çatdırmaq lazım gəlir. Lakin bir çoxları bunu yaxşı bacarmırlar və nəticədə də peşmanlıq və başqa hisslər yaranır. İstər yazılı, istərsə də şifahi formada fikirlərimizi izah edərkən aşağıdakı beş vacib məsələyə diqqət yetirməliyik:
1. Sifətləri ədədlərlə əvəz edin.
❌“Komandamız var gücünü sərf edərək istehsal prosesini xeyli sürətləndirdilər.”
✅“Beş nəfərdən ibarət komandamız son bir ayda 25 saat sərf edərək, istehsal gücünü 10% artırmağa nail oldular.”
2. Cümlələri və ifadələri mümkün qədər qısa və lakonik ifadə edin. Sanki söz limitini doldurmaq məqsədilə “söz yığını”ndan istifadə edənlər yaxşı təəssürat yaratmırlar.
❌“Bəhs edilən səbəblərdən dolayı”
✅“… səbəbilə”
3. Qısaltmalardan (abbreviaturalardan) istifadə etdikdə ilk dəfə sözü bütöv yazın, mötərizə içərisində qısaltmasını yazın. Yazının və ya nitqin davamında həmin qısaltmanı lazım olduğu qədər işlədə bilərsiniz.
✅“Təchizat Zəncirinin Optimallaşdırılması (TZO) layihəsi barədə məlumat verəcəyik. TZO-nun ilk mərhələsi Mayda yekunlaşmışdır…”
4. Cümlələrin uzunluqlarının fərqli olması yaxşıdır. Bütün cümlələr qısa olduqda və ya çox uzun olduqda insanlarda mənfi reaksiya yaradır.
✅Cümlələr maksimum 30 sözdən ibarət olmalıdır.
5. “Weasel” sözlərdən (güman, ümid, qeyri-müəyyənlik yaradanlar) çalışın istifadə etməyin, əvəzində rəqəmlərlə ifadə edin.
❌Bu layihə növbəti iki ay ərzində problemli müştərilərin sayını azaltMALIdır.
✅Bu layihənin növbəti iki ay ərzində problemli müştərilərin sayını 5-8% faiz azaldacağı proqnozlaşdırılır.
Bütün kommersiya şirkətlərinin ən ümdə məqsədi gəlir qazanmaqdır və buna uyğun yatırımlar edirlər. Hətta işçi sayını və vəzifələri də buna uyğun müəyyən edirlər. Hər bir vəzifə biznesə birbaşa və ya dolayı yolla dəyər qazandırmalıdır. Ona görə də yeri gələndə hər bir işçi gördüyü işi, şirkətə qazandırdığı dəyəri ifadə edə bilməlidir. Bu yazıda məsələ ilə bağlı tövsiyələrimizi bölüşdük. Başqa yazılar üçün bloquma göz atmağı unutmayın. 😊
Əla yazıdır..
Təşəkkürlər, Reyhan!