Haqqımda

Yaşar Əhmədov

8+ il iş təcrübəli sənaye mühəndisi. Müxtəlif sahələrdə bilik, bacarıq və təcrübələri var; əsas olaraq Biznes Analitika, İstehsalat və Təchizat Zəncirlərinin İdarə Edilməsi üzrə işlər görür.

• Təchizat Zəncirlərinin İdarə Edilməsi üzrə 8+ il iş təcrübəsi var (1.5 il istehsalat şöbə müdiri olmaqla)

• Dünyaca məşhur Massaçusetts Texnologiya İnstitutu (MIT) məzunudur.

• Simulyasiya və riyazi optimallaşdırma üzrə böyük şirkətlərdə təcrübəsi var.

• Data Elmi, Riyaziyyat və Statistika sahələri üzrə geniş biliklərə sahibdir. Bundan əlavə Python dilində proqramlaşdırma işləri görür.

• Bulud (cloud) sistemləri üzrə təcrübəsi var.

• Lean Six Sigma Yaşıl Kəmər sertifikatına sahibdir.

• Üç il Bakı Mühəndislik Universitetində, 1 il AzTU-da dərs demişdir (part-time). Hal-hazırda akademik fəaliyyətinə ADA-da davam edir.

• Pedaqoji bacarıqlara sahibdir, bir məqaləsi top jurnallardan birində çap edilmişdir.

• Altı dildə səlis danışır, fərqli ölkələrdə, fərqli xalqlarla iş təcrübəsinə malikdir.