Proyekt və Nəşrlər

Bakalavr işi – Ulusoy Elektrik şirkətində Kanban sisteminin qurulması – 2011-ci il.

Orta Doğu Texniki Universitetindən məzun olmaq üçün sənayedə ixtisasla bağlı hansısa layihəni tətbiq etmək və onun nəticələrinini tezis halında yazmaq tələb olunur. Biz beş nəfərlik qrup halında Ankara şəhərində yerləşən Ulusoy Elektrik şirkətində “Kanban sisteminin tətbiq edilməsi” ilə bağlı layihə həyata keçirmişdik. Kanban sistemi istehsalatda olan lazımsız inventarı əhəmiyyətli dərəcədə azaldır, istehsal prosesinə nəzarəti asanlaşdırır və beləliklə də keyfiyyətli məhsulların emal olunmasına gətirib çıxarır. Ulusoy Elektrik generator kimi bir çox avadanlıqların istehsalı ilə məşğuldur. Şirkət yalın istehsala keçidi reallaşdırmağı özünə hədəf qoymuşdu və bunun ilkin mərhələsi kimi ən çox istifadə olunan şöbələri sinxronlaşdırmaq istəyirdi. Layihə çərçivəsində sözü gedən sistemin tətbiqi üçün lazım olan bütün hesablama və analizlər aparılmış, inventardakı malların klassifikasiyası həyata keçirilmişdir. Daha sonra tətbiqin praktiki tərəfləri izah olunmuşdur. Şirkət layihəni tətbiq etməyə başladığı ilk ildə 350 000 TL vəsaitə qənaət etmişdir.

Magistratura tezisi – Prima Power şirkətində qurulum vaxtlarının azaldılması – 2015-ci il

Finlandiyanın Vaasa universitetində magistr dərəcəsi almaq üçün son semestr müddətində, 6 ay ərzində hansısa şirkətdə diplom işi yazmaq tələb olunur. Mən diplom işimi Finlandiyanın qərbində yerləşən Prima Power şirkətinin zavodunda qurulum vaxtlarının azaldılması ilə bağlı yazmışdım. Həmin şirkət qlobal bir firmadır, mərkəzi İtaliyadadadır və metal məmulların emalında istifadə edilən maşınların istehsalı ilə məşğuldur. Şirkət maşınları satarkən, müştərilərə istehsalı səmərələliləşdirən proqram paketləri də təklif edir. Metal emalı sənayesində qurulum vaxtları sifarişlərin hansı sıra ilə həyata keçirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu da məsələni həm riyazi baxımdan, həm də praktiki baxımdan mürəkkəbləşdirir. Belə olduqda məsələyə daha effektiv yanaşmalar tələb olunur. Tezisimdə beş müxtəlif alqoritm müzakirə etdim, onların MATLAB proqramında kodlaşdırdım. Şirkətdən alınan həqiqi istehsal məlumatları əsasında analizlər etdim və onlardan birini, ən effektivi olan Clustering algoritmini şirkətə təklif etdim. Bunun sayəsində şirkət qurulum müddətini təqribən 14% azaltmağa nail olmuşdur. Finlandiya kimi bahalı ölkələrdə zamanın 14%-nə qənaət maddi mənada çox böyük bir qazanc deməkdir.

Proloq

Biz, akademik və iş həyatında olan bir qrup azərbaycanlı olaraq Azərbaycandilli elmi resurslar hazırlamaq istəyərkən terminlərlə bağlı bir çox uyğunsuzluqların olduğunu gördük. Bu səbəblə də, ilk mərhələdə terminlərin vahid tərcümələrini qərarlaşdırmaq istədik. Google Drive üzərindən ortaq fayl paylaşmaqla başlamışdıq, lakin maraq gözlədiyimizdən də çox olduğu üçün daha rahat platformaya keçməyi qərara aldıq.

Nəşrlər

A cloud based job sequencing with sequence-dependent setup for sheet metal manufacturing

Yüklə

Article_as_published