90-day review
İşə başlamağımdan 3 ay keçirdi, “90-day review” təşkil etmişdi müdirim. Bir xeyli danışdıq gördüyüm işlərdən, qurduğum modeldən. Məndən razı olduğunu dedi. Amma, dedi, sənin etdiyin hər şey uğurla nəticələnib! Gələn aykı toplantıya mənə 2-3 iş gətir ki, vaxt sərf etmisən və nəticəsi olmayıb. Təəccübləndim.. Adətən biznesdə hamı uğurdan danışır, uğur istəyir axı.
“We value failures” dedi. Biz uğursuzluqlara dəyər veririk yəni. Ən azından bir şeyin işləmədiyini öyrənmiş oluruq.“Bəs axı vaxt itkisi deyilmi” deyə soruşdum. Bu bizim şirkətin devizidir, “uğursuzluq qorxusu” olmamalıdır heç bir işçidə. Belə olanda insanlardakı kreativlik ölmür. Üstəgəl, daha açıq olurlar, kommunikasiya daha asan olur.
Başımı aşağı saldım. “Heş zad” dedim. Bu gün də bir “eye-opener” öyrənmiş olduq..Hiss elədim ki, uğurlu insanlar ayrı planetlərdə yaşayırlar. Məsələyə yanaşma prizmasına bax, bizdə belə şey desən adama gülərlər.