Korona və komunikasiya
Heç kimin gözləmədiyi halda koronavirus “black swan” kimi ortaya çıxaraq şirkətləri çıxılmaz vəziyyətdə qoydu. “Black swan” – Qara qu quşu – çox nadir, milyonda bir rast gəlinən quş imiş, ona görə də biznesdə olma ehtimalı həddən artıq az olan hadisələrə belə ad veriblər. (P.S. Sonradan məlum olub ki, əslində qara qu quşu düşündükləri qədər nadir deyilmiş). Demək olar hamı evdən işləməyə məcbur olub. Belə olan halda şirkətdaxili komunikasiya kanalları əhəmiyyətli rol oynamağa başlayıb. Vaxtilə elə şirkətlərə rast gəlmişəm ki, müdir belə deyirdi e: çat nədi e, nəyimizə lazımdır..bura Tinder zaddı bəyəm 😀
İndi yerli-yerində onlayn toplantı, çat mühiti olmayan şirkətlər zülüm çəkirlər, işləri koordinasiya etmək müşgülə çevrilib. Jeff Bezosun uzaqgörənliyindən biri də bu imiş. Amazonun özünə məxsus Chime proqramı var, evdən işləməyin verimliliyimizə heç bir təsiri yoxdur. Əvvəl başqa proqramlarla da işləmişəm, Lotus Notes filan.. 5 nəfərin bir yerə gəlib toplantı etməsi nadir hallarda mümkün olurdu. Hökmən kimdəsə bir qıllıt çıxırdı 😅