Proloq
Salam, sizi burada görməyə çox şadıq!
Qeyd: Platformadan istifadə qaydaları səhifənin aşağısında izah olunub.
Layihə haqqında
Biz, akademik və iş həyatında olan bir qrup azərbaycanlı olaraq Azərbaycandilli elmi resurslar hazırlamaq istəyərkən terminlərlə bağlı bir çox uyğunsuzluqların olduğunu gördük. Bu səbəblə də, ilk mərhələdə terminlərin vahid tərcümələrini qərarlaşdırmaq istədik. Google Drive üzərindən ortaq fayl paylaşmaqla başlamışdıq, lakin maraq gözlədiyimizdən də çox olduğu üçün daha rahat platformaya keçməyi qərara aldıq.
• Tərcümə prosesi 1 ay müddətində davam edəcək (06.07.2020 tarixinə qədər).
• Bu layihə gəlir məqsədi güdmür. Yekun fayl açıq mənbə olaraq paylaşılacaq və töhfə verən hər kəs ad-soyad sırası ilə qeyd olunacaq.
• Ondan sonra vəziyyətə görə ikinci raunda gedəcəyik və əksəriyyətin uzlaşa bilmədiyi terminləri müzakirə edəcəyik.
• Burda bütün sözlər olmaya bilər, yaddan çıxan sözləri xahiş edirəm cədvəlin sonuna əlavə edəsiniz. Əgər əmin olduğunuz termin varsa qarşısına mənbəni də qeyd edə bilərsiniz.
• Klassik riyaziyyat və statistikaya aid terminlərin onilliklərdir dilimizdə işləndiyindən xəbərdarıq. Onları sadəcə dəqiqləşdirmək üçün əlavə etmişik. Amma istənilən halda hətta klassik tərcümələrdə uyuşmazlıqlar var. Məsələn “meyl” sözü bir çox kontekstdə işlədilir (variance, std deviation, bias, etc.) və bu qarışıqlıq yaradır. Bir terminin 5-6 fərqli mənanı ehtiva etməsi yaxşı deyil və hər termin üçün fərqli sözlər tapmalıyıq. Bir çox neologizmlər var ki, onların dilimizdə qarşılığı ümumiyyətlə yoxdur.
• Layihənin ilkin məqsədi terminlərin vahid tərcüməsini qərarlaşdırmaqdır. Növbəti addım izahlı lüğətin və elmi yazıların hazırlanması olacaqdır.
• İrad və təklifləriniz üçün info@yasharahmadov.com e-poçt adresinə yaza bilərsiniz.
Paylaşaraq daha çox insana çatmağımıza kömək edə bilərsiniz. Təşəkkürlər!
Kimlər iştirak edə bilər?
“Data Science” interdisiplinar elm olduğu üçün bir çox fərqli sahələrin ekspertlərinin rəylərinə ehtiyac duyulur. İlk olaraq ağlımıza aşağıdakı sahələrin ekspertləri gəlir, lakin hər kəs öz fikrini bildirməkdə sərbəstdir.
• Proqramlaşdırma
• Riyaziyyat
• Statistika və Ehtimal Nəzəriyyəsi
• Ekonometrika
• Bulud Xidmətləri (Cloud Services)
• Kibernetika
• Böyük Data (Big Data)
• Proqram və Tətbiqlər Qurma (Software Development)
Bölüm kodları və izahları
MATH | Mathematics |
DS | Data Science |
PROG | Programming |
STAT | Statistics and Probability Theory |
RD | Relational Databases |
NLP | Non-Linear Programming |
GEN | General |
GRAPH | Graphics and Visualization |
SW | Software Development |
İstifadə qaydaları və izahı
1. Müraciət formunu doldurun və dəvət linkini gözləyin.
2. Dəvət linkinə daxil olduqdan sonra qarşınıza bu pəncərə çıxacaqdır. Sign up bölməsindən qeydiyyatdan keçin.
3. Qeydiyyat bölməsində translator seçimini işarələyin.
4. Qeydiyyat bitdikdən sonra proloq proyekti görünməsə dəvət emailindəki linkə yenidən daxil olun.
5. Proyektə daxil olduqdan sonrə görəcəyiniz pəncərə bu olacaqdır. Qırmızı işarəli sözlərə heç bir tərcümə təklif edilməyibdir. “Enter translation here” bölməsinə təklifinizi əlavə edə bilərsiniz.
6. Yaşıl işarəli sözlərə tərcümə təklif edilmişdir. Mövcud tərcümələrə səs verə bilərsiniz və yaxud təklifinizi əlavə edə bilərsiniz.